Kapital Bank 2017ci ilin nəticələrini elan edib


Digərləri 15 Yan 2018 10:40:00 251 0

Kapital Bank 2017ci ilin nəticələrini elan edib

Kapital Bank-ın aktivləri 1 yanvar 2018-ci il tarixinə 3,2 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 1,8% artaraq 1,2 milyard manat olub.

Bankda müştəri depozitlərinin həcmi 1 yanvar 2018-ci il tarixinə 2,4 milyard manat olub. Əhalinin əmanətlərinin həcmi isə 836,9 milyon manat təşkil edib ki, hesabat dövrünün əvvəli ilə müqayisədə bu göstərici 6% çoxdur.

Bankın 1 yanvar 2018-ci il tarixinə tutulmalardan sonra məcmu kapitalı 299,9 milyon manat, nizamnamə kapitalı isə 185,9 milyon manat təşkil edir