Bakıda avtomobil yoldan çıxaraq piyadaları vurub, xəsarət alanlar var - YENİLƏNİB


Sosial 15 Yan 2018 02:32:00 377 0

Bakıda avtomobil yoldan çıxaraq piyadaları vurub, xəsarət alanlar var - YENİLƏNİB

Yaralılar xəstəxanaya yerləşdirilib

Bakıda avtomobil piyadaları vurub.

"Report"un məlumatına görə, hadisə Yasamal rayonunda baş verib.

Belə ki, metronun "20 Yanvar" stansiyasının yaxınlığında 1988-ci il təvəllüdlü Həsənov Ramal idarə etdiyi "Mercedes" markalı, 44-CB-397 dövlət seriya nişanlı avtomobilə idarəetməni itirib. Nəticədə avtomobil dayanacağın yaxınlığındakı səkiyə çıxaraq 52 yaşlı Həsənov Azər Arif oğlunu və 21 yaşlı Yasinli Ayişə Tahir qızını vurub.  

Yaralılar xəstəxanaya yerləşdirilib. Onların hər ikisinin vəziyyəti orta ağır qiymətləndirilir. 

***01:13

Bakıda yaşlı kişini avtomobil vurub.

"Report"un məlumatına görə, hadisə Yasamal rayonunda baş verib.

Belə ki, metronun "20 Yanvar" stansiyasının yaxınlığında yolu keçmək istəyən 52 yaşlı Həsənov Azər Arif oğlunu minik avtomobili vurub. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.