Lənkəranda naməlum şəxs mənzilə basqın edərək ev sahibinə xəsarətlər yetirib


Sosial 15 Yan 2018 01:00:31 290 0

Lənkəranda naməlum şəxs mənzilə basqın edərək ev sahibinə xəsarətlər yetirib

Xəsarət almış Nəcəfqulu Həsənov xəstəxanaya çatdırılıb

Lənkərandə evə basqın edilib.

"Report"un Cənub bürosu xəbər verir ki, hadisə Liman şəhərində, "Xutor" adlı yaşayış massivində baş verib.

Belə ki, naməlum şəxs 50 yaşlı Həsənov Nəcəfqulu Şükür oğlunun yaşadığı evə basqın edərək ona xəsarətlər yetirib. Yatmış ev sahibinə hücum edən cinayətkar ona kəsici alətlə başından və qol nahiyəsindən zərbələr endirib. 

Xəsarət almış N. Həsənov kəsilmiş-deşilmiş yaralarla xəstəxanaya çatdırılıb.