Bakıda sərnişin avtobusu ahıl qadını vurub


Sosial 15 Yan 2018 00:30:58 286 0

Bakıda sərnişin avtobusu ahıl qadını vurub

Səidə Əhmədbəyova ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib

Bakıda sərnişin avtobusu ahıl qadını vurub.

"Report"un məlumatına görə, hadisə Nərimanov rayonunda baş verib.

Belə ki, Ağa Nemətulla küçəsində 67 nömrəli avtobus yolu keçmək istəyən 1957-ci il təvəllüdlü Əhmədbəyova Səidə Fuad qızını vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.