Stiv Cobs dahi psixopat: "Ona izah edə bilmirdim ki, evə divan almaq lazımdır"


Digərləri 14 Yan 2018 23:34:00 325 0

Stiv Cobs  dahi psixopat: "Ona izah edə bilmirdim ki, evə divan almaq lazımdır"

Stiv Cobs haqqında çox yazıblar.

Axı o, müasir dünyanı dizayn edən adamlardan biri idi.

Təkrarçılıq etməyəcəyik.

Dahi idimi? Şübhəsiz!

Psixopat idimi?

Son.az Stiv Cobsun yaşam tərzi və xarakteri haqqında az adama məlum olan faktları təqdim edi:

Cobs düşünürdü ki, ABŞ-da avtomobil nömrə nişanlarının şriftləri çox eybəcərdir. Bu, onu çox narahat edirdi. Hər dəfə öz avtomobilinin nörmələrini görəndə əhvalı korlanırdı.

Nəhayət, çıxış yolu tapdı. Kaliforniya şatatının qanunlarına görə, yeni avtomobil alanda nömrəni 6 ay ərzində taxmaq lazımdır. Bu, o demək idi ki, avtomobili 6 ay nömrəsiz sürmək olar.

Cobs avto-salonla razılığa gəldi ki, hər 6 ayda bir ona eyni rəngdə, eyni marka avtomobil gətirsinlər.

Beləcə, Cobs özünün gümüşü Mersedes-Benz SL55-ini hər 6 ayda bir yeniləyərək nömrəsiz sürdü.