Heyvanların qurduqları heyrətamiz yuvalar FOTO


Digərləri 14 Yan 2018 23:39:00 305 0

Heyvanların qurduqları heyrətamiz yuvalar  FOTO

Bəzən heyvanlar özlərinə elə yuvalar qururlar ki, hətta insan zehninə sığa bilmir. Bəlkə də əl əməyindən daha möcüzəvi bir məkan ortaya çıxır. Son.az ailem.az-a istinadən heyvanların özlərinin qurduqları sənət əsərinə bəzəyən yuvalarla tanış edi. 

"Philetairus socius" adlanan quşların bina evlərinə bənzəyən yuvalarında 400 qədər quş birlikdə yaşayır.

Və eyni yuva yüz il boyu fərqli quş nəsilləri tərəfindən istifadə edilə bilər. Bəzi yuvalar o qədər böyükdür ki, inşa edildiyi ağacı belə yıxa bilər.

Çöp, ot, palçıq kimi vasitələrdən istifadə edərək qurulan yuvalarda girişlər aşağıdandır.

Girişdə yırtıcılara qarşı təhlükəsizlik sistemi olaraq kəsici və deşici çubuqlarla dolu tunellər var.

Rahatlıq yuvanın içindəki otaqların döşəməsinə sərilən otlarla təmin edilir. Daxildə olan otaqlar gecə havalar soyuduqda, xarici hissələrdə olan otaqlar isə gündüz qızmar günlərdə istifadə edilir.

*** 2012-ci ildə Braziliyada kəşf edilən dünyanın ən böyük qarışqa yuvası 8 metr dərinliyindədir. 47 metr kvadrat sahəni əhatə edir.

Təxminlərə görə, qarışqalar bu böyük şəhəri inşa edərkən 40 ton torpağı səthə daşıyıblar.

Eynilə bizim yaşadığımız şəhərlər kimi çox sayda ana və ara yol qoyulub və bəzi tunellərin yalnız tullantıların yığıldığı anbarlara və ya bağçalara çıxdığı müşahidə olunub.


Xəbərə aid fotolar