Kişiləri çadra bağlayan mavi xalq: Qadınlar istədikləri sayda kişi ilə görüşə bilərlər FOTO


Digərləri 14 Yan 2018 23:16:00 319 0

Kişiləri çadra bağlayan mavi xalq: Qadınlar istədikləri sayda kişi ilə görüşə bilərlər  FOTO

Tuareqlər dünyada yeganə xalqdır ki, kişilərin çadra ilə gəzməyi mütləqdir. Həddi-buluğa çatmış tuareq oğlanları atalarından iki şey alırlar: çadra və qılınc. Onlara bütün sonrakı həyatları boyu çadranı yalnız öz arvadlarının yanında açamağa icazə verilir.

Çadranı yaxın qohumların yanında belə açmaq olmaz, hətta yemək yeyərkən və ya yatarkən çadranı açmaq qadağandır.

Son.az bildirir ki, tuareqlər deyirlər: "Allah qadını gözəl yaradıb, ona görə də qadının üzü açıq olmalıdır. Qoy hamı bu gözəlliyi görsün..."

Tuareq qadınları isə kişilərində fərqli olaraq, nəinki çadrasız dolaşa bilə, hətta azad seksual həyat sürə bilərlər. Evlənənədək onlara istədikləri qədər seksual partnoyla görüşməyə icazə verilir.

Amma bir şərtlə ki, şəxsi həyatlarını gizli saxlasınlar. Bu, o deməkdir ki, kişilər öz sevgililərinin çadırına hava qaralandan sonra gəlməli və dan yeri sökülməmiş çıxıb getməlidirlər.

Adətə görə, ər heç bir işi özbaşına görə bilməz; heç nəyə özbaşına qərar verə bilməz. O, mütləq ya öz arvadı ilə, ya da anası ilə məsləhətləşməlidir. Tuareq qadınları hər dəfə boşananda xeyli mülkiyyət əldə edirlər. Belə ki, qaydaya görə, boşanma zamanı bütün var-dövlət arvada qalır, ər isə yalnız öz dəvəsini götürə bilər. Buna görə də də boşanma - tuareq qadınları üçün əsl toy-bayram deməkdir.

Onlar bu əlamətdar hadisəni xüsusi ziyafətlə qeyd edirlər və bununla da bütün qəbiləyə artıq azad olduqlarını bəyan etmiş olurlar.

Boşandıqdan sonra uşaqlar, birmənalı olaraq, ana ilə qalır.


Xəbərə aid fotolar