Bakıda avtomobil piyadanı vurub


Digərləri 14 Yan 2018 23:07:00 201 0

Bakıda avtomobil piyadanı vurub

Bakıda piyadavurma hadisəsi baş verib.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Ramanı qəsəbəsi ərazisində yerləşən Şuşa şəhərciyində baş verib.

Məlumata görə, avtomobil yolu keçmək istəyən 1986-cı il təvəllüdlü Ələkbərov Rafiz oğlunu vurub. Piyada döş qəfəsinin əzilməsi xəsarəti ilə 3 saylı Şəhər Kliniki Xəstəxanaya sürücü tərəfindən gətirilib.