Xərçəng və diabet xəstəliyinin çarəsi!


Digərləri 14 Yan 2018 22:53:00 247 0

Xərçəng və diabet xəstəliyinin çarəsi!

Sağlam qidalanma və pəhriz mütəxəssisi Ayça Gülərüz təzə fındığın xərçəng hüceyrələrini məhv etdiyini açıqlayıb.

Son.az dietoloqun fındığın faydaları haqqında fikirlərini təqdim edir.

Fındıq E vitamini baxımından zəngindir. E vitamini qırmızı qan hüceyrələrinin parçalanmasını qarşısını alaraq qan azlığı riskini azaldır. Qan dövranının düzgün işləməsi isə qızdırma, soyuqdəymə və digər xəstəliklərin yaranma riskini azaldaraq immun sistemini gücləndirir.

Əsəbləri möhkəmləndirir

Tərkibindəki qida elementləri sayəsində əsl sağlamlıq anbarı olan fındıq B6 vitamini baxımından da zəngindir. B6 vitamini sinir sisteminin düzgün işləməsini təmin edir. Həmçinin seratonin, melatonin və epinefrin hormanlarının ifrazı B6 vitamininin dəstəyi ilə baş verir.

Beyin sağlamlığını qoruyur

Fındıqda protonosiyanidin, kersetin və kaemferol kimi maddələr var. Bu maddələr flavonoidlər qrupuna aiddir. Flavonoidlər beyin sağlamlığını qoruyur, fəaliyyətini yaxşılaşdırır. Bundan başqa, fındıq triptofan və izolosin amin turşularıyla zəngin olduğundan zehni və psixoloji olaraq müsbət təsir göstərir. Fındıqdakı zülallar, liflər və yağlar toxluq hissini artırır. Bu da həddən artıq yemək istəyinin qarşısını alır. Həddindən artıq fındıq yemək əksinə, köklüyə səbəb olur. 1 ovuc fındıq təxminən 25 qram və 150 kalori edir.

Diabet riskini azaldır