Yanvarın 15i İranda ümummilli matəm günü elan olunub


Dünya 14 Yan 2018 22:40:31 279 0

Yanvarın 15i İranda ümummilli matəm günü elan olunub

İran hökumətinin qərarı ilə yanvarın 15-i ölkədə ümummilli matəm günü elan edilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, İranın "Sançi" neft tankerinin qəzaya uğraması və 32 ekipaj üzvünün hamısının bu hadisədə həyatını itirməsindən sonra İran hökuməti bəyanat yayaraq, yanvarın 15-i ölkədə ümummilli matəm elan edib.

İran hökuməti yaydığı bəyanatda hadisə qurbanlarının ailələrinə və yaxınlarına başsağlığı verilib.