Bakıda yol təmir edilir Asfalt qatı qaşınıb, kanalizasiya sistemləri yenilənir VİDEO


Digərləri 14 Yan 2018 21:54:00 330 0

Bakıda yol təmir edilir  Asfalt qatı qaşınıb, kanalizasiya sistemləri yenilənir  VİDEO

Asfalt qatı qaşınıb, kanalizasiya sistemləri yenilənir.

Son.az bildirir ki, bir həftədir təmirə bağlanan yolda işlər sürətlə aparılır. Söhbət paytaxtın Binəqədi rayonunda Azadlıq prospekti ilə 6-cı mikrarayonu birləşdirən Məsud Davudoğlu küçəsindən gedir.

"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyi tərəfindən uzunluğu 2 kilometrə yaxın olan yol əsaslı şəkildə təmir edilir. Təmir işləri zamanı mövcud yağış-kanalizasiya sistemi bərpa olunaraq işlək vəziyyətə salınır, yeni yağış barmaqlıqları və kommunikasiya xətləri üçün isə 36 ədəd yeni baxış qapaqları qoyulur.

Hazırda küçə boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirmə işləri aparılır. 7-8 metr eni olan küçə təmir zamanı 12 metrə qədər genişləndiriləcək.