Bakıda sağlamlıq mərkəzində yanğın olub


Digərləri 14 Yan 2018 21:40:00 196 0

Bakıda sağlamlıq mərkəzində yanğın olub

Bakının Nərimanov rayonunda sağlamlıq mərkəzinin yerləşdiyi dördmərtəbəli binanın 1-ci mərtəbəsində, ümumi sahəsi 15 m2 olan qazanxanada idarəetmə lövhəsi və kommunikasiya xətləri yanıb, yüksək temperaturdan 10 m2 sahədə asma tavan əriyib.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, mərkəzin qalan hissəsi yanğından mühafizə olunub.