Hamamda yuyunarkən dəm qazından zəhərlənib VİDEO


Digərləri 14 Yan 2018 21:35:00 246 0

Hamamda yuyunarkən dəm qazından zəhərlənib  VİDEO

Abşeronda dəm qazından zəhərlənmə olub. 

Son.az bildirir ki, hadisə rayonun Saray qəsəbəsi, Üzümlük yaşayış massivibdə baş verib. 25 yaşlı Mehman Qəmbərli hamamda yuyunarkən dəm qazından zəhərlənib. 

Onun huşsuz vəziyyətdə yaxınları aşkarlayıblar. Xəstə dərhal Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasına çatdırılıb.

Həkimlərin verdiyi məlumata görə Mehman Qəmbərova lazımı tibbi yardım göstərilib.