Nərimanov rayonunda qazanxanada yanğın olub


Digərləri 14 Yan 2018 21:37:06 174 0

Nərimanov rayonunda qazanxanada yanğın olub

Bakı şəhərində yanğın hadisəsi qeydə alınıb.

Bakı. Bakı şəhərində yanğın hadisəsi qeydə alınıb. Trend-in FHN-in sayına istinadən verdiyi məlumata əsasən, paytaxtın Nərimanov rayonunda sağlamlıq mərkəzinin yerləşdiyi dördmərtəbəli binanın 1-ci mərtəbəsində, ümumi sahəsi 15 m² olan qazanxanada idarəetmə lövhəsi və kommunikasiya xətləri yanıb, yüksək temperaturdan 10 m² sahədə asma tavan əriyib.