Ötən il Azərbaycanda rekord sayda iş yerləri yaradılıb VİDEO


Digərləri 14 Yan 2018 21:25:00 210 0

Ötən il Azərbaycanda rekord sayda iş yerləri yaradılıb  VİDEO

Təkcə 2017-ci ildə ölkədə 221 min yeni iş yeri açılıb. Bunun 177 mini daimi iş yerləridir. Yeni iş yerlərinin yaradılması bu il də davam etdiriləcək.

Ötən il Azərbaycanda rekord sayda iş yerləri yaradılıb. Yeni yaradılan iş yerlərinin böyük bir hissəsi daimidir.

Son.az bildirir ki, İqtisadiyyat Nazirliyinin şöbə müdiri Cəmaləddin Quliyevin sözlərinə görə, düzgün iqtisadi islahatların aparılması, xüsusilə də sənaye parklarının yaradılması, investisya təşviqi sənədlərinin verilməsi iş yerlərinin sayının artmasının başlıca səbəbləridir.

İşsizliyin aşağı səviyyədə saxlanılması və yoxsulluğun aradan qaldırılması üçün yeni iş yerlərinin yaradılması bu il də davam edəcək. Bu ilin əsas hədəfi kənd təsərrüfatı sahəsində iş yerlərinin yaradılmasıdır.