Valyuta mübadiləsi məntəqələrinin işinin bərpası bankların mənfəətinə təsir edəcəkmi?


Digərləri 14 Yan 2018 21:05:00 279 0

Valyuta mübadiləsi məntəqələrinin işinin bərpası bankların mənfəətinə təsir edəcəkmi?

Fiziki və hüquqi şəxslər tərəfindən valyuta mübadiləsi məntəqələrinin açılması bankların mənfəətinə təsir etməyəcək. Son.az bildirir ki, bunu Trend-ə Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev deyib.

Onun sözlərinə görə, 2016-cı ilin yanvarında ölkənin Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən valyuta mübadiləsi məntəqələrinin bağlanması barədə qəbul edilmiş qərar bankların mənfəəti bir qədər artırıb [çünki valyuta mübadiləsi üzrə əməliyyatlar yalnız bank tərəfindən həyata keçirilir]. Amma bu artım əsasən valyuta bazarında müəyyən dəyişiklik dövründə müşahidə olunub: "Bu gün bazarda vəziyyət kifayət qədər sabitdir. Buna görə də bankların valyuta mübadiləsi üzrə əməliyyatlardan mənfəəti bu günə üçün o qədər də əhəmiyyətli deyil".

Z.Nuriyev əlavə edib ki, banklar nağd valyuta mübadiləsi əməliyyatlarından başqa nağdsız əməliyyatlarda həyata keçirilər, amma valyuta mübadiləsi məntəqələri bu cür xidmətlər göstərə bilməyəcəklər: "Banklarda olmayan valyuta mübadiləsi məntəqələri yalnız nağd əməliyyatlar üzrə xidmətlər göstərə biləcəklər. Bundan başqa, qanunvericilik bankların nağd valyuta mübadiləsi üzrə əməliyyatlar aparmağı davam etdirmək hüququndan məhrum edilməsini nəzərdə tutmur. Ona görə də, mən hesab edirəm ki, valyuta mübadiləsi məntəqələrinin bazara qayıdışı bankların gəlir və mənfəətinə təsir etməyəcək".