Zakir Nuriyev: Valyuta mübadiləsi məntəqələrinin işinin bərpası bankların mənfəətinə təsir etməyəcək


Digərləri 14 Yan 2018 21:00:00 195 0

Zakir Nuriyev: Valyuta mübadiləsi məntəqələrinin işinin bərpası bankların mənfəətinə təsir etməyəcək

Fiziki və hüquqi şəxslər tərəfindən valyuta mübadiləsi məntəqələrinin açılması bankların mənfəətinə təsir etməyəcək

Bakı. Fiziki və hüquqi şəxslər tərəfindən valyuta mübadiləsi məntəqələrinin açılması bankların mənfəətinə təsir etməyəcək. Bunu Trend-ə Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev deyib. Onun sözlərinə görə, 2016-cı ilin yanvarında ölkənin Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən valyuta mübadiləsi məntəqələrinin bağlanması barədə qəbul edilmiş qərar bankların mənfəəti bir qədər artırıb [çünki valyuta mübadiləsi üzrə əməliyyatlar yalnız bank tərəfindən həyata keçirilir]. Amma bu artım əsasən valyuta bazarında müəyyən dəyişiklik dövründə müşahidə olunub: "Bu gün bazarda vəziyyət kifayət qədər sabitdir. Buna görə də bankların valyuta mübadiləsi üzrə əməliyyatlardan mənfəəti bu günə üçün o qədər də əhəmiyyətli deyil".