Bağlı qapı arxasında qalan uşaq xilas edildi


Digərləri 14 Yan 2018 20:51:00 260 0

Bağlı qapı arxasında qalan uşaq xilas edildi

Bağlı qapı arxasında uşaq xilas edilib.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və azyaşlını aidiyyəti üzrə təhvil verib.