Tailandda motor qayığı partladı, 16 nəfər xəsarət aldı


Dünya 14 Yan 2018 18:55:00 233 0

Tailandda motor qayığı partladı, 16 nəfər xəsarət aldı

Tailandın Pxipxi adasının yaxınlığında motor qayığının partlaması nəticəsində ən azı 16 nəfər xəsarət alıb.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə turistlər üçün təşkil edlmiş dəniz gəzintisi zamanı baş verib. Qayığda 26 çinli və 5 tailandlı turist olub.

Xəsarət alanlar xəstəxanaya çatdırılıb. Onlardan altısı güclü yanıq xəsarəti alıb.