Şəkidə 35 yaşlı qadın intihar etdi


Digərləri 14 Yan 2018 18:42:00 289 0

Şəkidə 35 yaşlı qadın intihar etdi

Şəkidə 35 yaşlı qadın intihar edib.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Baltalı kəndində qeydə alınıb.

Kənd sakini 1983-cü il təvəllüdlü Tərgül Mürşüd qızı Manafovanın meyiti yaşadığı evin həyətyanı sahəsindəki mal tövləsindən asılı vəziyyətdə yaxınları tərəfindən aşkar edilib. 35 yaşlı Tərgül Manafovanın intihar etməsinin səbəbi hələ istintaqa məlum deyil.