CAR ABŞdakı diplomatını geri çağıracaq


Dünya 14 Yan 2018 18:36:00 263 0

CAR ABŞdakı diplomatını geri çağıracaq

Cənubi Afrika Respublikasının (CAR) Beynəlxalq münasibətlər və əməkdaşlıq departamenti yanvarın 15-də ABŞ-dakı diplomatik təmsilçisini geri çağıracaq.

Son.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı bu gün yayılan bəyanatda bildirilir ki, CAR hakimiyyəti bu addımı ilə ABŞ prezidenti Donal Trampın Haiti, Salvador və bir sıra Afrika ölkələrini "zibil çuxuru" adlandırmasına etirazını ifadə edəcək.

Sabah ABŞ-ın CAR-dakı müvəqqəti işlər vəkilinə etiraz bəyanatı da təqdim olunacaq. CAR Beynəlxalq münasibətlər və əməkdaşlıq departamentinin bəyanatında vurğulanır ki, CAR və ABŞ, o cümlədən digər Afrika ölkələri ilə ABŞ arasında münasibətlər qarşılıqlı hörmət və anlaşmaya əsaslanmalıdır.