Peruda 7,3 maqnituda gücündə zəlzələ olub, ölənlər və xəsarət alanlar var - YENİLƏNİB


Dünya 14 Yan 2018 18:09:00 242 0

Peruda 7,3 maqnituda gücündə zəlzələ olub, ölənlər və xəsarət alanlar var - YENİLƏNİB

Zəlzələ zamanı 2 nəfər ölüb

Peruda baş vermiş zəlzələ zamanı 2 nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə "Peru21" mülki müdafiə qüvvələrinə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, hər iki şəxs Arekip vilayətinin sakinləridir. Bundan əlavə, Arekip, Ayakuço və İke vilayətlərində 65 nəfər təbii hadisə zamanı xəsarət alıb.

Qeyd edək ki, Peru sahilləri yaxınlığında 7,3 maqnituda gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Akari şəhərindən 42 km aralıda 12,1 km dərinlikdə qeydə alınıb.

***14:08

Peru sahilləri yaxınlığında 7,3 maqnituda gücündə zəlzələ baş verib.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.

Bildirilir ki, yeraltı təkanlar Akari şəhərindən 42 km aralıda 12,1 km dərinlikdə qeydə alınıb.