Sumqayıtda hazırlıqdan qayıdan məktəbli qızı maşın vurdu


Digərləri 14 Yan 2018 18:19:00 266 0

Sumqayıtda hazırlıqdan qayıdan məktəbli qızı maşın vurdu

Sumqayıt şəhərində məktəbli qızı maşın vurub.

Son.az report.az-a istinadən bildirir ki, hadisə şəhərin 9-cu mikrorayonu ərazisində baş verib.

Sumqayıt şəhər sakini, 2001-ci il təvəllüdlü Əhmədzadə Aynur İntiqam qızı hazırlıqdan evə qayıdarkən naməlum avtomobil tərəfindən vurulub. Sumqayıt şəhər 18 nömrəli məktəbin 11-ci sinif sagirdi olan qız qəza zamanı ağır kəllə-beyin travması alıb.