Xızıda 172 ədəd partlamamış hərbi sursat aşkar edilib


Sosial 14 Yan 2018 17:54:42 257 0

Xızıda 172 ədəd partlamamış hərbi sursat aşkar edilib

Nəticə etibarilə 305 000 kv.m ərazi yoxlanılıb

Müdafiə Nazirliyinin Xızı rayonu ərazisində yerləşən N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar ANAMA, Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinın birgə keçirdiyi təmizləmə əməliyyatları davam edir.

ANAMA-dan “Report”a verilən məlumata görə, yanvarın 14-də partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 172 ədəd partlamamış hərbi sursat (PHS), 172 ədəd partlamış-yanmış mərmi qalıqları və 884 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 305 000 kv.m (30.50 ha) ərazi yoxlanılıb.

Ümumiyyətlə, 114 gün ərzində 25 259 ədəd partlamamış hərbi sursat (PHS), 17 692 ədəd partlamış-yanmış sursat qalıqları və 99 847 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 79 814 669 kv.m (7 981 ha) ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonunun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 10 422 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.