Sumqayıtda 1 yaşlı uşağın üzərinə qaynar su dağılıb


Digərləri 14 Yan 2018 17:52:00 239 0

Sumqayıtda 1 yaşlı uşağın üzərinə qaynar su dağılıb

Sumqayıt şəhərində 1 yaşlı uşaq qaynar sudan yanıb.

Son.az report.az-a istinadən bildirir ki, hadisə şəhərin 7-8-12-ci birləşmiş məhəlləsində baş verib.

Sumqayıt şəhər sakini, 2016-cı il təvəllüdlü Harun Kənan oğlu Rzayevin üstünə ehtiyatsızlıqdan qaynar su dağılıb. Azyaşlı II dərəcəli yanıq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.