Sumqayıtda 1 yaşlı uşağın üzərinə qaynar su dağılıb


Sosial 14 Yan 2018 17:20:11 280 0

Sumqayıtda 1 yaşlı uşağın üzərinə qaynar su dağılıb

Azyaşlı II dərəcəli yanıq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib

Sumqayıt şəhərində 1 yaşlı uşaq qaynar sudan yanıb.

"Report"un yerli bürosunun verdiyi məlumata görə, hadisə şəhərin 7-8-12-ci birləşmiş məhəlləsində baş verib.

Sumqayıt şəhər sakini, 2016-cı il təvəllüdlü Harun Kənan oğlu Rzayevin üstünə ehtiyatsızlıqdan qaynar su dağılıb. Azyaşlı II dərəcəli yanıq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.