Bərdədə fərdi yaşayış evi yanıb, ata və oğul zərər çəkib - FOTO


Sosial 14 Yan 2018 16:51:48 246 0

Bərdədə fərdi yaşayış evi yanıb, ata və oğul zərər çəkib - FOTO

Bir nəfər yanıq xəsarəti alıb, digəri tüstüdən zəhərlənib

Bərdə rayonunda yanğın hadisəsi baş verib.

"Report"un Qarabağ bürosu xəbər verir ki, Qaradəmirçi kəndində Çingiz Quliyevə məxsus birmərtəbəli fərdi yaşayış evinin mətbəxində başlayan yanğın, qısa zamanda genişlənərək digər iki otağa da keçib.

Hadisə yerinə FHN-in yanğınsöndürənləri cəlb edilib.

Yanğın zamanı alovu söndürməyə cəhd edən ev sahibinin oğlu Ceyhun Quliyev əlindən yanıq xəsarəti alıb. Çingiz Quliyev isə tüstüdən zəhərlənib. Hər iki şəxs təcili tibbi yardıma müraciət edib.

Yanğının baş vermə səbəbləri araşdırılır.