“Çölçü” daha bir beynəlxalq mükafat aldı


Kriminal 14 Yan 2018 16:44:00 305 0

“Çölçü” daha bir beynəlxalq mükafat aldı

Şamil Əliyevin "Çölçü" filmi "Cult critic movie awards" 2018 yanvar mövsümünün (January Monthly) Ən yaxşı bədii film mükafatına layiq görülüb.

Son.az bildirir ki, filmin rejissorunun Kulis.az-a verdiyi məlumata görə təqdimetmə mərasimi 2018-ci ilin ortalarında Hindistanın Kolkata şəhərindəki Rotary Sadan mərkəzumdə keçiriləcək.

Bu mükafatı aldığına görə "Çölçü" Jean Luc Godard Mükafatının nominantı (Yaxçıların yaxşısı / best of the best) statusunu qazanmışdır.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Azərbaycanfilm" Kinostudiyasında lentə alınmış "Çölçü" filminin rejissoru Şamil Əliyev, ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur.