"Premyer Liqanın bütün top klubları Koutinyonun getməsinə sevinir"


İdman 14 Yan 2018 15:52:00 255 0

"Premyer Liqanın bütün top klubları Koutinyonun getməsinə sevinir"

"Liverpool"un yarımmüdafiəçisi Jorjinyo Viynaldum Filippe Koutinyonun "Barcelona" klubuna transferi barədə fikir bildirib. Goal.az xəbər verir ki, hollandiyalı futbolçu bunları deyib:

"Fikrimcə, Premyer Liqanın bütün top klubları Koutinyonun başqa komandanın heyətinə qoşulmasına sevinir. O cümlədən "Manchester City". Düzü, Filippenin gedişinə hələ öyrəşməmişik. Onun artıq komandada olmadığını anlamaq lazımdır. Koutinyo insani xüsusiyyətlərinə görə seçilirdi. Ümumilkdə "Liverpool"un ən yaxşı futbolçularından biri idi".