Gəncədə piyadanı avtomobil vurdu


Digərləri 14 Yan 2018 15:43:00 261 0

Gəncədə piyadanı avtomobil vurdu

Bu gün Gəncədə piyadanı avtomobil vurub.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Yolu keçmək istəyən orta yaşlı qadını avtomobil vurub. Sürücü qadını xəstəxanaya çatdırıb. Qadının vəziyyəti orta-ağırdır.