Eddi İsrafilovun komandası heç-heçə oynadı


İdman 14 Yan 2018 15:12:00 238 0

Eddi İsrafilovun komandası heç-heçə oynadı

İspaniyada  Segunda`nın 22-ci turunun oyunları keçirilib. Goal.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Gimnastic” səfərdə “Almeria” ilə qarşılaşıb və bu oyundan heç-heçə ilə ayrılıb - 1:1. Eddi start heyətdə başladığı qarşılaşmanın 73-cü dəqiqəsində əvəzlənib. “Gimnastic" geridə qalan turlarda 25 xal toplayıb və hazırda 22 kollektiv arasında 16-cı pillədə qərarlaşıb.