"Neftçi"dən növbəti transfer


İdman 14 Yan 2018 14:12:00 219 0

"Neftçi"dən növbəti transfer

"Neftçi" heyətinə yeni transferini reallaşdırmaq üzrədir. Goal.az xəbər verir ki, "ağ-qaralar" paraqvaylı futbolçu ilə anlaşıb. Paytaxt təmsilçisi Fransisko "Qato" Qarsiyanın keçidini həll edib. Paraqvaylı yarımmüdafiəçi "ağ-qaralar"la müqavilə imzalamaq üçün Bakıdadır. 26 yaşlı yarımmüdafiəçinin son klubu Paraqvayın "Cerro Pertono" komandası olub. "Neftçi" Aqil Məmmədov ("Qəbələ"), İlkin Qırtımov ("Keşlə") və Fərid Abbaslını ("Binə") transfer edib.