Qar yağacaq


Digərləri 14 Yan 2018 14:03:00 445 0

Qar yağacaq

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Son.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacaq, gecə və səhər bəzi yerlərdə intensiv olacağı, sulu qar, qar yağacağı ehtimalı var. Hava axşam əsasən yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 0-2 isti, gündüz 2-5 dərəcə isti təşkil edəcək. Yanvarın 14-ü axşamdan 15-i axşamadək Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Gecə və səhər yarımadanın bəzi yerlərində intensiv olacağı, sulu qara, qara keçəcəyi ehtimalı var. Arabir güclənən mülayim şimal-qərb küləyi əsəcək.