"Real" Neymarın transferinə görə Ronaldodan da keçməyə hazırdır


İdman 14 Yan 2018 13:32:00 280 0

"Real" Neymarın transferinə görə Ronaldodan da keçməyə hazırdır

"Real" yay transfer pəncərəsndə Neymarı transfer etməyə çalışacaq. Goal.az xəbər verir ki, klubun prezidenti Florentino Perez bu transferin reallaşması üçün Ronaldonu da parislilərə təklif edir. Xəbəri "Cadena Ser" yayıb.

PSG portuqaliyalı ulduza uzun müddətdir maraq göstərir. Mətbuatın yazdığına görə, Ronaldoya illik 60 milyon avro təklif olunur. Neymarın keçidi "Real"a 400 milyon avroya başa gələ bilər. Hazırda Madrid klubunun aktivində 200 milyon avro var.