Maskerano: "Benitezlə yenidən çalışmaq istəyi məni cəzb edirdi"


İdman 14 Yan 2018 12:51:00 269 0

Maskerano: "Benitezlə yenidən çalışmaq istəyi məni cəzb edirdi"

"Barcelona"nın müdafiəçisi Xavyer Maskerano 2014-cü ildə "Napoli"yə keçmək imkanı olduğunu bildirib. Goal.az xəbər verir ki, argentinalı futbolçu vaxtilə "Liverpool"da işlədiyi Rafael Benitezə görə Neapol klubuna keçmək barədə düşündüyünü deyib.

"2014-cü ildə "Barcelona"nı tərk etmək imkanım vardı. Həmin vaxt Benitezin çalışdığı "Napoli" variantlardan biri idi. "Barca"nın direktoru Andoni Subisarettaya dedim ki, getmək vaxtım yetişib. O isə mənə ehtiyac olduğunu dedi. Baş məşqçi Luis Enrike isə məni komandada görmək istədiyini bildirdi. Etiraf etməliyəm ki, Benitezlə yenidən çalışmaq istəyi məni cəzb edirdi. Mənə etdiyi köməyə görə ona necə təşəkkür edəcəyimi bilmirəm".