Daşkəsəndə iki avtomobil toqquşdu


Digərləri 14 Yan 2018 12:48:00 308 0

Daşkəsəndə iki avtomobil toqquşdu

Daşkəsən şəhərində 2 avtomobilin toqquşması ilə nəticələnən yol qəzası baş verib.

Son.az report.az-a istinadən bildirir ki, "VAZ-2107" və "VAZ-2106" markalı avtomobillərin toqquşması zamanı ikinci maşın zərbənin gücündən yol kənarına aşıb.

Qəza nəticəsində hər iki avtomobilin sürücüsü xəsarət alıb. Bunlar 1989-cu il təvəllüdlü Göygöl rayon sakini İsmayılov Seymur İsa oğlu və 1994-cü il təvəllüdlü Daşkəsən rayon sakini Həsənov İsmət Vasif oğludur.