Harri Keyn "Tottenham"in tarixinə düşdü


İdman 14 Yan 2018 12:32:00 308 0

Harri Keyn "Tottenham"in tarixinə düşdü

İngiltərə Premyer Liqasının 23-cü turunda "Tottenham" "Everton"a 4:0 hesabı ilə qalib gəlib. Bu qarşılaşma "mahmızlar"ın 24 yaşlı hücumçusu Harri Keyn üçün xüsusilə əlamətdar olub. Goal.az xəbər verir ki, dubla imza atan forvard "Tottenham"in heyətində milli çempionatda vurduğu qolların sayını 98-ə çatdırıb. Keyn bu göstərici ilə Teddi Şerinqemi geridə qoyaraq Premyer Liqa tarixində (1992-ci ildən bəri) klubunun ən sərrast  futbolçusu olub. "Tottenham"in tarixində ən çox qol vuran futbolçu Cimmi Qrivzdir (379 oyun, 266 qol). Harri Keyn klubun bombardirlər cədvəlində Alan Qilzinə (114) daha yaxındır.