“Tereza Ana” sığınacağına kimlər yerləşdirilir?


Digərləri 14 Yan 2018 11:40:00 281 0

“Tereza Ana” sığınacağına kimlər yerləşdirilir?

Yeni il bayramı ərəfəsində Goranboy rayonunda tapılan, milliyətcə çeçen olduğunu deyən yaşlı qadın  Azərbaycandan Çeçenistana yola salınıb.

Mədinə Əliyeva 2017-ci il dekabrın 23-də Goranboy rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində tapılaraq Bakıdakı "Tereza Ana" sosial sığınacağına yerləşdirilmişdi.

Mədinə Əliyevanın "Tereza Ana" adlı sığınacağa yerləşdirilməsindən sonra adıçəkilən sığınacaqda ancaq əcnəbi insanların yerləşdirilməsi ətrafında fikirlər dolaşıb. 

Son.az bildirir ki, modern.az saytı məsələ ilə bağlı "Tereza Ana" sosial sığınacağına yerləşdirilən insanların milliyyəti ilə maraqlanıb.