Qleb: "Həmin "Barcelona"ya istənilən kəs rəhbərlik edə bilərdi" - MÜSAHİBƏ


İdman 14 Yan 2018 11:32:00 273 0

Qleb: "Həmin "Barcelona"ya istənilən kəs rəhbərlik edə bilərdi" - MÜSAHİBƏ

- Bir tərəfdən məni nə gözlədiyini bilmirdim. Digər tərəfdən, "Arsenal" kimi kluba keçirdim. Real sınaq, irəli addımlamaq, inkişaf etmək və yeni səviyyəyə qalxmaq istəyirdim. "Stuttgart"da hiss edirdim ki, artıq böyümüşəm. Qalsaydım, futboldan həzz ala bilməyəcəyimi düşünürdüm.

Belrauslu futbolçu Aleksandr Qleb Rusiya mətbuatına müsahibə verib. Goal.az müsahibənin müəyyən hissələrini təqdim edir.

- 2005-ci ildə "Arsenal"la müqavilə imzalayanda nə hisslər keçirirdin?

- Həyəcan, yəqin ki, vardı...

- Sözsüz. Almaniyada qardaşımla yaşayırdım. İngiltərə yeni ölkə idi. Yeni dil öyrənməli, yeni kollektivə uyğunlaşmalı idim. Amma Venqer və komandanın sayəsində hər şey problemsiz oldu.

- "Arsenal"ın heyətində ilk rəsmi oyununu xatırlayırsan?

- Bəli, "Newcastle United"ə qarşı oynayırdıq. Venqer məni əsas heyətdə meydana buraxmaq istəyirdi. Amma matçdan öncə yaxınlaşıb dedi ki, Rober Pires məşqlərdə əla təsir bağışladığına görə əsas heyətdə ona şans verəcək. Dedim, aydındır. Öz-özümə soruşdum ki, görəsən, mənimlə məsləhətləşmək nəyə lazım idi?. Dərindən nəfəs aldım. Oyuna həyəcansız çıxacağımı düşündüm.

- 2009-cu ildə avtobioqrafiyanın çıxmalı olduğu doğrudur?

- Xeyr. Mənə sadəcə belə bir şey yazmaq təklif olunmuşdu. Həm xarici, həm də yerli jurnalistlər tərəfindən. Nə yazaydım? Bu uşaqlarla məşq etmişəm, bu ulduzlarla birlikdə oynamışam...Azarkeşlər İbrahimoviçin avtobioqrafiyası tipində bir şeylə maraqlanır. Amma Zlatan elə Zlatandır. Bütün tanışlar onun kitabı çıxanda soruşurdular ki, oxumusan? Mən yazsaydım, belə olmayacaqdı. Ona görə bu təklifi qəbul etmədim.

- 2014-cü ildə "Konyaspor"un məşqində komanda yoldaşınla dava etmişdin.

- Xəbər şişirdilmişdi, orda dava yoxdu. Türk futbolu emosionaldır. Futbolçular, hətta məşqdə də heç kimə rəhm etmirər. Alqışlanasa şey olsa da, zədə təhlükəsi artır. Bir nəfər arxadan ayağıma vurdu. Yerdə uzanıb məndən üzr istədi. Onu itələyib: "Aleks, bu idmandır" - dedim. Sonra hirsim soyudu, qucaqlaşıb söhbəti bağladıq.

- "Arsenal"da kiminlə konfliktin olmuşdu?

- Konflikt istənilən halda olur.Əsasən müdafiəçilərlə. Bir dəfə Kolo Ture ilə mübahisə yarandı. İş davaya qədər çatmadı. Sinəmizi qabağa verib qarşı-qarşıya gəlirdik. Ture fiziki cəhətdən güclü idi. Özlüyümdə düşünürdüm ki: "kimsə aramıza girsə, yaxşıdır". O, bir dəfə Fabreqası əllə vurmuşdu da. Sesk mən və Flamininin müdaxilə etməməsindən, hətta incimişdi. Dedik: "Onu görmədin ki? Əsl Kinq-Konq idi. Bizi parçalayıb yoluna davam edərdi".

- Buna Venqer necə reaksiya verdi?

- Çox sərt. Tureyə dedi: "Əvvəla, indi Fabreqasdan üzr istəyəcəksən. İkincisi, oxşar şey bir daha təkrarlansa, sən artıq komandada olmayacaqsan".

- Çalışdığın məşqçilərdən ən zəhmlisi Feliks Maqat idi?

- Hər bir məşqçi ciddi pul cəzası verə bilərdi. Maqat çox fiziki yüklənmə verirdi. Allah eləməsin ki, məşqdə zədədən şikayət edəydin. Həkim zədə tapmasaydı, sonra 3 gün fərdi qaçmalı idin. Elə oldu, ayağım ağrıdı. Sonra qrupdan ayrı qaçırdım. Məşqlərə kömək edirdim. Maqat baxıb dedi: "Yüklənməyə davam gətirmirsənsə, heç olmasa, kömək et".

- Pep Qvardiola tez-tez söyüş söyürdü?

- Qvardioladan belə şey gözləmək olardı. O, Venqerdən daha emosional idi.

- Messini təhqir edirdi?

- Bir dəfə yoxladı. Amma ona başa saldılar ki, Leoya toxunmaq olmaz.

- Demişdin ki, Qvardiola məşqçi kimi səni təəccübləndirə bilməmişdi...

- Sadəcə düşünürəm ki, həmin "Barcelona"ya istənilən kəs rəhbərlik edə bilərdi. Komanda digərlərdən 3 baş üstün idi. Pepin tərzinə uyğunlaşmaq üçün illər lazım oldu. Qvardiola yenicə təcrübə toplayırdı, indi daha güclüdür. Ona hörmətlə yanaşıram.

- "Arsenal"da ən yaxın dostun Fabreas idi?

- O və Flamini. Onlarla vaxtım şən keçirdi. Flamini "Milan"a gedəndə çox kədərləndim. Sanki doğma adamlarımdan biri idi. Bizə elə gəlirdi ki, bütün həyatımız boyu eyni komandada oynayacağıq.

- Londonda baş verən maraqlı əhvalat danışa bilərsən?

- İstirahət günlərimizdən birində uşaqlarla Londonun mərkəzində gəzirdik. Hər yerdə paparazzi vardı. Lemana dedim ki, zəng etmək istəyirəm. Vecinə almadı, yoluna davam etdi. Lemanın şəklini çəkməyə başladılar. Birdən fotoqraflardan birinin aparatını sındırdı. Fotoqraf ona nəsə deyib qaçmağa başladı. Alman qapıçı da onun dalınca düşdü. Baxanda gördüm ki, bütün paparazi də onlara qoşulub qaçır.

- Karyeranda ən böyük məvacibi "Barcelona"da almısan?

- Bəli. Amma ora pula görə getməmişdim. Ümumiyyətlə motivasiya amili kimi bunu nəzərə almamışdım. Ora getməkdə tərəddüd də etmişdim. Tez-tez katalonların xüsusi mentalitetə malik, əcnəbilərə fərqli yanaşan xalq olduğunu eşidirdim. Londonda özümü tamamilə xoşbəxt hiss edirdim. Flamini gedəndən sonra mən də nəyisə dəyişmək fikrinə düşdüm. Almaniyaya qayıtmaq variantım vardı. Həmin vaxt "Bayern Munich" mənimlə maraqlanırdı. Qərarıma Qvardioladan gələn telefon zəngi və Anrinin "Barcelona"da oynaması təsir etdi. Nəticədə yüksək səviyyədə təcrübə qazandım.