Ansi Aqolli fizioterapivt nəzarəti altında məşq edib


İdman 14 Yan 2018 10:48:00 309 0

Ansi Aqolli fizioterapivt nəzarəti altında məşq edib

"Qarabağ" Antalyada təlim-məşq toplanışını davam etdirir. Goal.az xəbər verir ki, Ağdam klubu  beşinci günü iki məşqlə tamamlayıb. Günün ilk məşqi saat 11:00-da start götürüb vəfitnes zalında baş tutub. Günün ikinci məşqi isə yerli vaxtla 17:30-da meydançada baş tutub və təxminən 90 dəqiqə davam edib. Futbolçular isinmə hərəkətlərinin ardından fiziki və toplu çalışmalarla davam edib. Ansi Aqolli isə çalışmalarını fizioterapivt nəzarəti altında davam etdirib.