Tramp öz haqqında yazılan "Od və qəzəb" kitabının müəllifini "psixi xəstə" adlandırıb


Digərləri 14 Yan 2018 10:24:09 147 0

Tramp öz haqqında yazılan "Od və qəzəb" kitabının müəllifini "psixi xəstə" adlandırıb

ABŞ prezidenti yenidən KİV-i yalan məlumat yaymaqda ittiham edib

ABŞ prezidenti Donald Tramp "Od və qəzəb: Trampın Ağ evinin daxilində" kitabının müəllifi Maykl Vulfu "psixi xəstə" adlandırıb.

“Report” xəbər verir ki, kitab prezident tərəfindən "Twitter"də xatırladılıb.

Tramp yenidən kütləvi informasiya vasitələrini yalan məlumat yaymaqda ittiham edib.

"Onlar hətta düzgün məlumat çatdırmağa və ya səhv olduğu təqdirdə onu düzəltməyə belə cəhd göstərmirlər. Onlar bilərəkdən yalan yazan və psixi xəstə olan müəllifin kitabını təbliğ edirlər. Aparıcı KİV-lər bizim seçkiləri qazanmağımızdan dəli olurlar", — deyə Tramp bildirib.