Saatlıda orta yaşlı kişinin qolu pambıqtəmizləyən qurğuda qalıb


Sosial 14 Yan 2018 10:12:53 249 0

Saatlıda orta yaşlı kişinin qolu pambıqtəmizləyən qurğuda qalıb

Yaralının vəziyyəti ağırdır

Saatlı rayonunun pambıq zavodunda bədbəxt hadisə baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, zavodda işləyən 35 yaşlı Əliabad kənd sakini Musayev Anar Abduləzim oğlunun qol nahiyəsi ehtiyatsızlıqdan pambıqtəmizləyən qurğuda qalıb.

Müxtəlif dərəcəli ağır xəsarətlər alan yaralı Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Anar Musayev xəstəxanada ilkin tibbi yardım aldıqdan sonra vəziyyəti ağır olduğu üçün Bakıya göndərilib.

Faktla bağlı araşdırma aparılır.