"Fenerbahçe" və "Kukesi" arasındakı oyunda insident


İdman 14 Yan 2018 10:05:00 288 0

"Fenerbahçe" və "Kukesi" arasındakı oyunda insident

"Fenerbahçe"nin Antalyadakı təlim-məşq toplanışı çərçivəsində Albaniyanın "Kukesi" klubu ilə keçirdiyi yoxlama matçında qalmaqal baş verib. Goal.az xəbər verir ki, insident oyunun sonlarında yaşanıb. İlk yarıda "Kukesi" 2 qol vursa da, "sarı llacivərdlilər" fasilədən sonra penaltidən vurduğu 2 qolla bərabərliyə nail olub. 48-ci dəqiqədə Juliano, 90-cı dəqiqədə Fernandao fərqlənib. Məhz ikinci penalti epizodunda iki komandanın oyunçuları arasında gərginlik yaranıb. Qarşıdurmaya texniki heyət üzvləri də qoşulub. İstanbul komandasının qapıçısı Volkan Dəmirəli çətinliklə sakitləşdirmək mümkün olub. Mövsümün ilk yarısında "Kukesi"də Azərbaycan milli komandasının futbolçusu Rauf Əliyev də forma geyinib.