Kaliforniyada sürüşmə nəticəsində 19 nəfər həyatını itirib


Dünya 14 Yan 2018 09:57:58 266 0

Kaliforniyada sürüşmə nəticəsində 19 nəfər həyatını itirib

Beş nəfər itkin düşmüş hesab olunur

ABŞ-ın Kaliforniya ştatının cənubunda baş verən sürüşmə nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb. Bundan əvvəl onların sayının 17 nəfər olduğu bildirilirdi.

“Report” "Associated Press"ə istinadən xəbər verir ki, beş nəfər hələ də, itkin düşmüş hesab olunur.

Axtarış işləri artıq beş gündür ki, davam edir. Bu işlərə təqribən 2 min nəfər cəlb olunub.

Bu ərəfədə, gələn həftə ştatın cənubunda yenə yağış yağacağı və bunun yeni sürüşmələrə gətirib çıxara biləcəyi proqnozlaşdırılır.