Türkiyədə sərnişin təyyarəsi zolaqdan çıxaraq aşıb - VİDEO


Dünya 14 Yan 2018 09:38:31 264 0

Türkiyədə sərnişin təyyarəsi zolaqdan çıxaraq aşıb - VİDEO

Hadisə Trabzon aeroportunda eniş edən zaman baş verib

Türkiyənin "Pegasus Airlines" aviaşirkətinə məxsus təyyarə Trabzon aeroportuna eniş zamanı zolaqdan kənara çıxıb.

“Report” xəbər verir ki, bu barədə bazar günü yerli televiziya məlumat yayıb.

Bildirilir ki, təyyarə Ankaradan Trabzona uçub. Qəzanın səbəbləri barədə məlumat verilmir.

İlkin məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb.