Şərqi Qutaya kimyəvi hücum olunduğu haqqında məlumatlar yayılıb


Digərləri 14 Yan 2018 06:13:00 343 0

Şərqi Qutaya kimyəvi hücum olunduğu haqqında məlumatlar yayılıb

Suriyanın Şərqi Quta rayonunun sakinləri hökumət qoşunlarının hücumu zamanı zəhərli qazdan istifadə etməsi barədə məlumat veriblər

Bakı. Suriyanın Şərqi Quta rayonunun sakinləri hökumət qoşunlarının hücumu zamanı zəhərli qazdan istifadə etməsi barədə məlumat veriblər. Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, şahidlər bildiriblər ki, insanların çoxu növbəti hava hücumundan sonra səciyyəvi qoxu hiss ediblər. Həkimlər bildirirlər ki, onlara kömək üçün azı 6 nəfər zəhərli qazla zəhərlənmə əlamətləri ilə müraciət edib.