Yırtıcı hörümçəklərin 18 növü aşkar edilib


Digərləri 14 Yan 2018 03:30:00 332 0

Yırtıcı hörümçəklərin 18 növü aşkar edilib

Alimlər Madaqaskar adasında yaşayan yırtıcı hörümçəklərin 20-yə yaxın növünü aşkar ediblər. Hörümçəkkimilərin əsas növü "qatil" hörümçək ailələridir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu hörümçək ailəsinin yeganə qida mənbəyi öz həmcinsləridir. Bu hörümçəklərin qabarıq başı və sinəsi, iri çənəsi onların böyük məsafədən və küncdən zərbə endirməsinə imkan verir ki, bu da qutana bənzədir. Onlar öz qurbanını dişləyərək uzun çənələrinin köməyi ilə məsafədə saxlayaraq, zəhərin təsirini gözləyirlər. "Qutanabənzər" hörümçəklər bir neçə millimetr ölçüdən artıq böyümür. Buna baxmayaraq, onlar Afrika, Avstraliya və Madaqaskarda yaşayan ən təhlükəli hörümçəklərdir.