Kanadada 10 minə yaxın insan işıqsız qalıb


Dünya 13 Yan 2018 23:32:00 343 0

Kanadada 10 minə yaxın insan işıqsız qalıb

Kanadanın Nyu-Braunsuik əyalətində 10 minə yaxın insan elektriksiz qalıb.

Son.az Trend-ə istinadən bildirir ki, insanların elektriksiz qalmasına səbəb leysan yağışları səbəb olub. Hazırda "NB Power" şirkətinin mütəxəssisləri elektrik təchizatı bərpa etməyə çalışır, lakin hava şəraiti təmir işlərinin aparılmasını çətinləşdirir.

Yerli təcili xidmətlər xəbərdarlıq edir ki, regionda güclü qarla yağış gözlənilir. Əyalətin ayrı-ayrı rayonlarında daşqınların mümkünlüyü barədə xəbərdarlıq edilib.