Bitkoin insanlıq tarixinin ən önəmli tapıntısı ola bilərmi?


Digərləri 13 Yan 2018 23:40:00 358 0

Bitkoin insanlıq tarixinin ən önəmli tapıntısı ola bilərmi?

Bitkoin (bitcoin) nədir? Az sonra anlatacağım məsələ, insanlıq tarixindəki ən önəmli dönüş nöqtələrindən biri ola bilər. Olmaya da bilər... Sonunda məsələnin özülü texnologiya olduğu üçün mən yenə də özümü anlatmalı olduğum kimi duyuram. Və ən başdan bildirirəm: anlatacaqlarım bir yatırım tövsiyyəsi olmayacaq. Məsələnin sadəcə blockchain deyilən texnologiya özülünü araşdıracağam. Yatırım edilsinmi, necə edilir sualları bu videonun məsələsi deyil.

İndi tarixə bir göz ataq. 1 Bitkoin bu videonun hazırlandığı dekabr 2017-ci ildə hardasa 60 000 TL / 15 000 USD dəyərindədir. Siz izlərkən nə olmuşdur kim bilir? Bundan bir neçə il öncə bir neçə yüz lirəlik Bitkoin alsaydınız indi milyoner idiniz. 18 yaşındakı bu uşaq kimi. Bunun kimi daha bir çox örnək var. Amandı, iştahınız o saat qalxmasın, bilmədiyiniz bir şeyə o anda yatırım etməyin deyə bu videonu hazırladım. Öncə bilin, sonra ona görə hərəkət edin.

Son.az biznesmen.az-a istinadən bildirir ki, bitkoin, bir kripto pul və ödəmə sistemidir. 2008-ci ildə bu sistem 9 səhifəlik bir sənədlə dünyaya duyuruldu. Budur, insanlıq tarixinin bəlkə də ən önəmli yazılarından biri olan bu sənədin yazarı da gizli: Satoşi Nakamoto (Satoshi Nakamoto). Kim olduğu bilinmir. Təbii ki, haqqında bir çox spekulyasiyalar var, hətta Elon Mask olduğunu iddia edənlər bilə... Ancaq məncə deyil. Nəysə bu gizli kişiliyi bəlkə başqa bir videoda danışarıq. Biz indi onun yazdığı bu sənədə köklənək. Çünki insanların ən önəmli tapıntılarından biri olan pulu yenidən tanıdır. Daha başlığında bunu deyir: İnsandan insana elektronik pul sistemi. Buradakı peer-to-peer qısaca P2P deyimini özəlliklə vurğulamaq istərəm. Çünki bu sözlər daha öncə işləndiyi bir neçə yerdə sənayeləri bütünlüklə söküb yenidən tikdi. Misal üçün, 1999-cu ildə P2P sənəd paylaşma uyğulaması olan Napster bazara çıxdı və... O illərdə musiqi dinləmək üçün kaset, ya da CD işlədirdik. İndi nə edirik? Musiqi sənayesi hardasa tamamən dəyişdi. Hə, artıq Napster da qalmadı, ancaq bir daha geriyə addım atılmadı. Netflix-lər, Spotify-lar ortaya çıxtı. Bundan 10 il sonra çəkəcəyim bir videoda sizlərə bunu yada salırsınızmı deyə soruşa bilərəm. P2P-nin beləcə bir gücü var. Çünki P2P demək bir mərkəzi olmayan şəbəkə quruluşu deməkdir. Mərkəzsizləşmiş.

Budur, pul kimi bir vasitədə, aradüzəldənləri ortadan qaldırır Bitkoin. Yaxşı, bəs kimdir bu aradüzəldənlər? Maliyyə qurumları. Ən başda ölkələrin mərkəz bankları. Bitkoin dünyasında belə bir mərkəzi avtoritar yoxdur. Dedik ha, mərkəzsizləşmiş. Onun yerinə açıq qaynaq kodlu bir proqram var. Hə, indi bu proqramı endirib kodlarını incələyə bilərsiniz. Sistem hər kəsə açıqdır. Hətta daha yaxşısını da yarada bilərsiniz. Necə ki, indi Bitkoin oxşarı 1300-dən çox kripto pul vahidi var və sayıları da artmağa davam edir. Yəni məsələ sadəcə Bitkoin deyil, onun arxasındakı baxışdır. Ki məni ən çox həyacanlandıran da budur. Bilirsiniz, zəncirləri çox sevirəm. Kripto pul vahidləri bir çeşid zəncir işlədir: Blockchain. Ancaq bu səadət zənciri deyil. Bakkal dəftəri deyə bir şey eşitdinizmi? Bakkaldan bir şey alırsınız və pul ödəmək yerinə yaz dostum deyirsiniz. Elə Bitkoində də edilən hər növ pul transferi dəftər yerinə digital bloklara yazılır.

Misal üçün, mən Mehmetə bir maşın satdım (Sarı Çizməli Mehmetə) və qarşılığında ondan  Bitkoin alacağam, Çünki 1 Bitkoin ortalama bir maşın dəyərindədir. Bu əməliyyat həyata keçdikdə bir digital dəftərə Mehmet Barışa 1 Bitkoin göndərdi deyə yazılır. İşdə bu və buna oxşar qeydlərdən qurulmuş zəncirlərə də Blockchain deyilir. Bu da hər kəsə açıq. Bu ana qədər dünyada aparılmış bütün Bitkoin transferlərini də kompyuterinizə endirə bilərsiniz. Haradasa 145 GB ölçüsündə bir sənəd.

Yaxşı, bəs necə olur da bu qeydlərə güvənə bilirik? Çünki bu qeydlər bakkal dəftərlərindən fərqli olaraq bir çox kişi tərəfındən tutulur. İstəyən hər kəs bir qeydiyyatçı halına gələ bilər. Davamlı olaraq da sinxronizasiya edilir. Mehmet, Barışa 1 Bitkoin göndərdiyində bu 3 bilgi, yəni göndərənin hesab nömrəsi, alıcının hesab nömrəsi və göndərilən miqdar bütün dünyadakı dəftərlərə yazılır.

Belə bir əməliyyatı apara bilmək üçün öncəliklə bir hesabınızın olması gərəkdir. Bitkoin dünyasına giriş etdiyinizdə ilk olaraq bir hesab yaradırsınız. Buna digital bir cüzdan da deyə bilərik. Bu cüzdanın güvənliyi də kriptografiya, bir başqa deyişlə kriptologiya ilə sağlanır. Yəni şifrələməylə. Hər cüzdanın iki açarı var. Biri özəl, o biri də ümumi. Özəl açarınızı sadəcə siz bilirsiniz və işlədirsiniz. Sizin imzanız kimi. Ancaq taklit edilemiyor. Mehmet Barışa 1 Bitkoin göndərmək istədiyində bunu öncə sadəcə özünün bildiyi bir açarı işlədərək imzalayır -Sarı Çizməli Mehmet- sonra da ümumi açarıyla birlikdə Bitkoin şəbəkəsinə göndərir. Şəbəkədəkilər də ümumi açarı işlədərək əməliyyatı kontrol edirlər. Əgər ümumi açarı Bitkoin şəbəkəsində doğrulanırsa, göndərilən mesajın hər hansı bir Mehmetdən deyil də, Sarı Çizməli Mehmetdən gəldiyi kanıtlanmış olur. Kimlik kontrolu bu şəkildə aparılmış olur.

Yaxşı deyək ki, Mehmetin cüzdanında sadəcə 1 Bitkoin var və bununla məndən bir araba satın aldı. Sonra da gedib 1 Bitkoin daha xərcləməyə çalışdı. Bu işi bankdakı puluyla etməyə çalışsaydı nə olurdu? İkinci alış-verişə izin verilməzdi. Çünki bank sistemi onun bütün pullarını öncədən xərclədiyini bilirdi. Yəni pulun kimin olduğu qədər nə zaman xərcləndiyi də önəmlidir. Bitkoin dünyasında bir xərcləmə, ya da başqa bir deyişlə pul köçürməsi etmək istədiyinizdə sistem öncəki pullarınızın sayı və bugünə qədər apardığınız bütün transferləri kontrol etməyə məcburdur. Ancaq bu şəkildə o anda nə qədər Bitkoin sahibi olduğunuzu bilə bilər. Dünyada bu qeydlərin bir çox yerdə və çox sayda tutulduğunu söyləmişdik: Bakkal dəftərinə bənzətdiyimiz bloklar şəklində... Dünyada eyni anda bir çox transfer edildiyini düşünsək, o anda yaranan çeşidli bloklara fərqli qeydlər düşülməsi də mümkündür. Üstəlik bir-birindən fərqli kimi görülən bu qeydlərın hamısı da doğru ola bilər. Hesablamaları bir-biriylə sinxronlaşdırmağa çalışarkən şəbəkədə gecikmələr yaşana bilər. Qısaca bu bakkal dəftərlərinə yazılmış qarmaqarışıq qeydlərin bir qaydaya soxulması gərəkdir. Budur çözülməsi gərəkən bir riyaziyyat məsələsi.