Amerikadan Türkiyəyə qarşı yeni layihə:


Dünya 13 Yan 2018 23:42:00 348 0

Amerikadan Türkiyəyə qarşı yeni layihə:

ABŞ İraqın işğalı zamanı qurduğu Şivə Hərəkarına oxşar bir təşkilatı Suriyada yaratmaq üçün fəaliyyətə başlayıb.

Son.az teleqraf.com-a istinadən bildirir ki, təşkilat rəhbərinin Azezli qaçaq Zəkəriyyə İyd olacağı deyilir.

Türkiyənin İŞİD-dən təmizlədiyi və təhlükəsiz vəziyyətə gətirdiyi Hələbin şimalında Amerika əşirətlər arasında ciddi kampaniya aparır. ABŞ MərkəziKəşfiyyat İdarəsi və Pentaqon rəsmiləri Türkiyəyə qarşı hazırlamaq istədiyi qrupları Suriya Əşirətlər Birliyi adı altında birləşdirməyə çalışır.

Suriya Əşirətlər Birliyi adında toplantıya qatılan bəzi şəxslər artıq danışmağa başlayıblar. Onlardan biri - Fadil Salih Zəkəriyyə İyd tərəfindən qurulan təşkilatı "qaranlıq şəbəkə" adlandırıb.

Salihi deyib ki, belə toplantılarda Türkiyəyə qarşı düşmənlik edilir. Eyni zamanda bu istiamətdə fəaliyyət Suriya üçün də təhlükəlidir: "Biz son 7 ildə hər cür dəstək gördüyümüz Türkiyəyə xəyanətdə iştirak etməyəcəyik. Bu mövqeyimizi digər əşirət rəhbərlərinə də açıq bildirdik".